Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Aqil Abbas: İnsanlar əziyyət çəkiblər, fəxri ad onları motivasiya edir

Aqil Abbas: İnsanlar əziyyət çəkiblər, fəxri ad onları motivasiya edir

Aqil Abbas: İnsanlar əziyyət çəkiblər, fəxri ad onları motivasiya edir
2025-07-08 , 16:09

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas artıq fəxri adların verilməməsi, bu sistemin ləğv edilməsi barədə məlumatlara aydınlıq gətirib.

 
A.Abbas Pravda.az-a açıqlamasında deyib ki, fəxri adların ləğv edilməsi düzgün deyil.
 
 “Fəxri adların verilməyəcəyi barədə mənim də xəbəri yoxdur. İnsanlar əziyyət çəkiblər, fəxri ad onları motivasiya edir. Burada qeyri-adi nəsə yoxdur. Konkret sistemin ləğv edilməsindən məlumatsızam. Adil Kərimli mədəniyyət naziridir, hər halda onun məlumatı daha dəqiq olar...” – deputat bildirib.
 
Xatırlatma: Əməkdar artist Zemfira Sadıxova  "APA"ya müsahibəsində "Mədəniyyət naziri Adil Kərimli şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir, bu sistem ləğv olunub" deyib. Onun bu açıqlaması incəsənət adamları arasında müzakirə yaradıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.