Aqil Abbas: İnsanlar əziyyət çəkiblər, fəxri ad onları motivasiya edir

A.Abbas Pravda.az-a açıqlamasında deyib ki, fəxri adların ləğv edilməsi düzgün deyil.
“Fəxri adların verilməyəcəyi barədə mənim də xəbəri yoxdur. İnsanlar əziyyət çəkiblər, fəxri ad onları motivasiya edir. Burada qeyri-adi nəsə yoxdur. Konkret sistemin ləğv edilməsindən məlumatsızam. Adil Kərimli mədəniyyət naziridir, hər halda onun məlumatı daha dəqiq olar...” – deputat bildirib.
Xatırlatma: Əməkdar artist Zemfira Sadıxova "APA"ya müsahibəsində "Mədəniyyət naziri Adil Kərimli şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir, bu sistem ləğv olunub" deyib. Onun bu açıqlaması incəsənət adamları arasında müzakirə yaradıb.