Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatın dərman firması ilə bağlı protokol tərtib edildi

Deputatın dərman firması ilə bağlı protokol tərtib edildi

Deputatın dərman firması ilə bağlı protokol tərtib edildi
2025-07-09 , 14:30

Deputat Cavanşir Feyziyevə məxsus dərman firması və apteklər şəbəkəsi “Avromed Company” ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Avromed” İnzibati Xətalar Məcələsinin gömrük qaydaları əleyhinə olan 493-vü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Avromed Company” ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 23 iyul tarixində hakim Solmaz Mustafayevanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, ölkənin qabaqcıl dərman firmalarından olan “Avromed Company” QSC deputat Cavanşir Feyziyevə məxsusdur.
Qarşı tərəfi dinləməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.