Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatdan dərmanın qiyməti ilə bağlı AÇIQLAMA

Deputatdan dərmanın qiyməti ilə bağlı AÇIQLAMA

Deputatdan dərmanın qiyməti ilə bağlı AÇIQLAMA
2025-07-09 , 14:22

2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub. Bu məhz həmin məbləğdə mal və xidmətlərin istehlakçılara satılması anlamına gəlir. Pərakəndə ticarət dövriyyəsinin strukturunda diqqəti çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibb ləvazimatlarına çəkilən xərclərdir.

Bu barədə danışan deputat Vüqar Bayramov bildirib ki, bu xərclər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18.2 faiz artaraq 598 milyon manatdan çox olub. Onun sözlərinə görə, əczaçılıq məhsullarının alınmasına çəkilən xərclərdə artım həmin dövrdə pərakəndə ticarətin struktrunda rekord səviyyədə olub və bütün digər istiqamətləri üstələyib:
“Digər tərəfdən, həmin dövrdə yalnız bu istiqamət üzrə xərclərdə iki rəqəmli artım faizi qeydə alınıb. Bütün digər xərclər üzrə artım faizi bir rəqəmlidir.
Əczaçılıq məhsulları üzrə xərclərin artması dərman pereparatlarının qiymətlərindəki dəyişikliklər və eləcə də tibbi xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiyməti həmin dövrdə 4.5 faiz yüksəlib. Tibbi təyinatlı malların qiymətində də artım qeydə alınıb. Bu isə o deməkdir ki, tələbin artması ilə yanaşı tibbi xidmətlərdə qiymət artımları da davam edib.
Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə xüsusi təsirlərini nəzərə alsaq bu istiqamətdə qiymət tarazlığının qorunması çox vacibdir. Doğrudur, dərman pereparatlarının qiymətləri tənzimlənir. Amma bununla yanaşı, istehlak xərclərinin də optimallaşdırılması önəmlidir. Digər tərəfdən, qiymət və xərc tarazlığı üçün yerli istehsalın genişləndirilməsi və idxalın minimumlaşdırılması da vacibdir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.