Sibel Can hava limanında gənc sevgilisi ilə görüntüləndi + VİDEO

Müğənni Sibel Can uzun müddətdən sonra sevgilisi ilə görüntülənib.
Sibel Can tanınmasın deyə böyük ağ şlyapadan istifadə edib. Dominos pizza
Bir müddət əvvəl sənətçinin siyasətçi Emir Sarıgüllə evləndiyi iddiası gündəmə bomba kimi düşüb. Lakin yayılan bu məlumatın həqiqəti əks etdirmədiyi daha sonra ortaya çıxıb. 55 yaşlı sənətçi haqqında evlilik xəbərləri yayıldığı vaxtda konsert proqramı üçün səhnəyə çıxmağa hazırlaşırmış.
Qeyd edək ki, Sibel Can 1988-1999-cu illərdə aktyor Hakan Ural ilə evli olub. Bu evlilikdən onun Engincan və Melisa adlı iki övladı dünyaya gəlib. Daha sonra, 2000-ci ildə podratçı Sulhi Aksüt ilə ailə qurub və bu münasibətdən Emir adlı bir oğlu dünyaya gəlib. Lakin cütlük qısa müddət sonra yollarını ayırıb./BAKU.WS
OXŞAR XƏBƏRLƏR