Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakı Dövlət Universiteti (BDU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq tələbələr ilə görüş keçirilib.

Bakı Dövlət Universiteti (BDU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq tələbələr ilə görüş keçirilib.

Bakı Dövlət Universiteti (BDU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq tələbələr ilə görüş keçirilib.
2023-10-24 , 15:13

23 oktyabr 2023-cü il tarixində Bakı Dövlət Universiteti (BDU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq tələbələr ilə görüş keçirilib.


Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Bakı Dövlət Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib. 

Görüşdə Mediasiya Şurasını Bakı 2 saylı  mediasiya təşkilatı təmsil edib. Bakı 2 saylı mediasiya təşkilatının mediatorları Türkər Əliyeva, Gülnar Həsənova və Rəşadət Yolçuyev tələbələrlə Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə Mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb. 

Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.