Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq tələbələr ilə görüş keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq tələbələr ilə görüş keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq tələbələr ilə görüş keçirilib.
2023-10-25 , 15:19

Sosial-İqtisad Kollecinin direktoru Vidadi Orucov çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Sosial-İqtisad Kolleci arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib. 


Görüşdə Mediasiya Şurasını Bakı 3 saylı Mediasiya Təşkilatı təmsil edib. Bakı 3 saylı mediasiya təşkilatının rəhbəri Paşa Səfərov və təşkilatın mediatoru Balaca Cəfərov mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran sualları cavablandırıl;b.

Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.