Bakı Slavyan Universiteti (BSU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq universitetin tələbələri ilə görüş keçirilib.

Görüşdə Mediasiya Şurasını Bakı 13 saylı Mediasiya Təşkilatı təmsil edib. Bakı 13 saylı mediasiya təşkilatının rəhbəri İlham Mehdiyev, mediatorları Təranə Hüseynova və Rəşadət Yolçuyev tələbələrlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilmişdir.
OXŞAR XƏBƏRLƏR