Sahil Babayevə və Fərid Qayıbova müraciət etsəm də qazilərə iş vermir - Deputat

Adi çəkilən nazirliklərin mətbuat xidmətindən bildirilib ki, Asim Mollazadənin müraciəti ilə bağlı yaxın zamanda açıqlama veriləcək.
Noyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Asim Mollazadə bildirib ki, nazirlərə müraciət etsə də qazilərin işlə təmin edilməsinə dəstək göstərilmir. Deputat təklif edib ki, büdcədə onlar üçün xüsusi sosial yardım göstərişləri olmalıdır.