Sahil Babayevə və Fərid Qayıbova müraciət etsəm də qazilərə iş vermir - Deputat

Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev və Gənclər və idman nazir Fərid Qayıbov rəsmi müraciət edilməsinə baxmayaraq qaziləri işlə təmin etmir. Bunu anews.az-a açıqlamasında deputat Asim Mollazadə deyib.
Adi çəkilən nazirliklərin mətbuat xidmətindən bildirilib ki, Asim Mollazadənin müraciəti ilə bağlı yaxın zamanda açıqlama veriləcək.
Noyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Asim Mollazadə bildirib ki, nazirlərə müraciət etsə də qazilərin işlə təmin edilməsinə dəstək göstərilmir. Deputat təklif edib ki, büdcədə onlar üçün xüsusi sosial yardım göstərişləri olmalıdır.
OXŞAR XƏBƏRLƏR