Xatirə İslam körpə uşağın “üzünü“ özünə köçürtdü – Bu, tibbi və qanuni olaraq mümkündür?

Ola bilsin ki, söhbət bu cür maddələrdən getsin. Amma uşağın hüceyrəsini götürüb, böyük adama köçürtmək bir orqanizmdən digərinə köçürtmək deməkdir. Bu orqan nəqli anlamına gəlir. Bu, real görünmür. Burada yalnışlıq var. Məsələ təhlil olunmalıdır. Hesab edirəm ki, yalnış anlaşılıb”.
Tibb elmləri doktoru, professor Nəsib Quliyev uşaq hüceyrələrinin əldə edilməsinin mümkün olduğunu deyib:
"Biopsiya edib, xüsusi alətlə lazımı yerdən hüceyrə götürürlər. Amma bu embrion hüceyrə deyil. Kök hüceyrə köçürtmək üçün gərək embrioner hüceyrə, yəni, rüşeyimin hüceyrəsi götürülsün. Dəriyə hamilələyin ilk günlərində, bətn daxilində olan hüceyrələr köçürülməlidir. Dərinin hüceyrələri başqa yerdə olmur. Kimsə kimisə aldadıb, gündə bir oyun çıxarırlar. Mən bu sahənin adamı olmadığımdan konkret nəsə deyə bilmirəm”.
Qeyd edək ki, son zamanlar estetik xəbərləri ilə adı hallanan 42 yaşlı müğənni Xatirə İslam bu dəfə üzünə kök hüceyrə prosseduru etdirib. Məlumata görə körpə uşağın hüceyrəsi ona köçürülüb.