Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xatirə İslam körpə uşağın “üzünü“ özünə köçürtdü – Bu, tibbi və qanuni olaraq mümkündür?

Xatirə İslam körpə uşağın “üzünü“ özünə köçürtdü – Bu, tibbi və qanuni olaraq mümkündür?

Xatirə İslam körpə uşağın “üzünü“ özünə köçürtdü – Bu, tibbi və qanuni olaraq mümkündür?
2023-11-16 , 16:17

Müğənni Xatirə İslam üzünə kök hüceyrə prosseduru etdirib. Sənətçi körpə uşağın hüceyrəsinin ona köçürüldüyün vurğulayıb. Onun bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.  "Uşağın hüceyrəsi necə əldə edilir” sulı cəmiyyətdə daha çox müzakirə edilir. Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, başqa orqanizmdən götürülən orqan, toxuma digər orqanizmə köçürüldükdə, yəni, nəql edildikdə onun həmin orqanda davam gətirməsi, işləməsi üçün xüsusi terapiyaya ehtiyac var: "Bu orqan nəqli məsələsidir. Kök hüceyrələri  orqanizmin özündən götürülür. Yəni, orqanizmin öz hüceyrələri olur. Uşaq hüceyrəsi ilə bağlı məlumatlar mətbuata yalnış şərh edilir. Abort qanından, plasentar qandan, təbabətdə müxtəlif dərman  preparatlarının hazırlanmasından istifadə edilir. Belə bir praktika mövcuddur.

 
Ola  bilsin ki, söhbət bu cür maddələrdən getsin. Amma uşağın hüceyrəsini götürüb, böyük adama köçürtmək bir orqanizmdən digərinə köçürtmək deməkdir.  Bu orqan nəqli anlamına gəlir. Bu, real görünmür. Burada yalnışlıq var. Məsələ təhlil olunmalıdır. Hesab edirəm ki, yalnış anlaşılıb”.
 
Tibb elmləri doktoru, professor Nəsib Quliyev uşaq hüceyrələrinin əldə edilməsinin mümkün olduğunu deyib:
 
"Biopsiya edib, xüsusi alətlə lazımı yerdən hüceyrə götürürlər. Amma bu embrion hüceyrə deyil. Kök hüceyrə köçürtmək üçün gərək embrioner hüceyrə, yəni, rüşeyimin hüceyrəsi götürülsün. Dəriyə hamilələyin ilk günlərində, bətn daxilində olan hüceyrələr köçürülməlidir. Dərinin hüceyrələri başqa yerdə olmur. Kimsə  kimisə aldadıb, gündə bir oyun çıxarırlar. Mən bu sahənin adamı olmadığımdan konkret nəsə deyə bilmirəm”.
 
Qeyd edək ki, son zamanlar estetik xəbərləri ilə adı hallanan 42 yaşlı müğənni Xatirə İslam bu dəfə üzünə kök hüceyrə prosseduru etdirib. Məlumata görə körpə uşağın hüceyrəsi ona köçürülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.