Azərbaycan Dövlət Pedoqoji Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq 16 noyabr 2023-ci il tarixində Pedoqoji Kollecin tələbələri ilə görüş keçirilib.

Görüşdə Mediasiya Şurasını Bakı 12 saylı mediasiya təşkilatı təmsil edib. Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova və təşkilatın mediatorları Məmmədova Mehriban, Məmmədova Leyla və Rzaqulu Hacıyev tələblərlə Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran sualları cavablandırıblar
Tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilmişdir.