Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan Dövlət Pedoqoji Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq 16 noyabr 2023-ci il tarixində Pedoqoji Kollecin tələbələri ilə görüş keçirilib.

Azərbaycan Dövlət Pedoqoji Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq 16 noyabr 2023-ci il tarixində Pedoqoji Kollecin tələbələri ilə görüş keçirilib.

Azərbaycan Dövlət Pedoqoji Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq 16 noyabr 2023-ci il tarixində Pedoqoji Kollecin tələbələri ilə görüş keçirilib.
2023-11-17 , 16:08

Pedoqoji Kollecin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Pedaqoji Kollec arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib. 


Görüşdə Mediasiya Şurasını Bakı 12 saylı mediasiya təşkilatı təmsil edib. Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova və təşkilatın mediatorları Məmmədova Mehriban, Məmmədova Leyla və Rzaqulu Hacıyev tələblərlə Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran sualları cavablandırıblar

Tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilmişdir.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.