Masallı 1 Saylı Mediasiya Təşkilatının əməkdaşları ilə universitetin tələbələri arasında görüş keçirilib

Görüşdə universitetin direktoru Xudayar Sultanlı çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb və Mediasiya Şurası ilə universitet arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Daha sonra Masallı 1 Saylı Mediasiya Təşkilatının direktoru Xanhüseyn Səmədov və təşkilatın mediatoru Nizami Alışov mediasiya ilə bağlı maarifləndirici çıxışlar edərək, müasir dövrdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə edilib, tələbələrlə müxtəlif kazuslar müzakirə olunub və onları maraqlandıran suallara cavab verilib.
Tədbirin sonunda iştirakçılara mediasiyanın təbliği ilə bağlı bukletlər paylanılıb.