Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Masallı 1 Saylı Mediasiya Təşkilatının əməkdaşları ilə universitetin tələbələri arasında görüş keçirilib

Masallı 1 Saylı Mediasiya Təşkilatının əməkdaşları ilə universitetin tələbələri arasında görüş keçirilib

Masallı 1 Saylı Mediasiya Təşkilatının əməkdaşları ilə universitetin tələbələri arasında görüş keçirilib
2023-12-04 , 23:02

Mediasiya Şurası ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq,  01 dekabr 2023-cü il tarixdə Masallı 1 Saylı Mediasiya Təşkilatının əməkdaşları ilə universitetin tələbələri arasında görüş keçirilib.


Görüşdə universitetin direktoru Xudayar Sultanlı çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb və Mediasiya Şurası ilə universitet arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Daha sonra Masallı 1 Saylı Mediasiya Təşkilatının direktoru Xanhüseyn Səmədov və təşkilatın mediatoru Nizami Alışov mediasiya ilə bağlı maarifləndirici çıxışlar edərək, müasir dövrdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə edilib, tələbələrlə müxtəlif kazuslar müzakirə olunub və onları maraqlandıran suallara cavab verilib.

Tədbirin sonunda iştirakçılara mediasiyanın təbliği ilə bağlı bukletlər paylanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.