Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qusar Mediasiya Təşkilatı mediatorları 16 noyabr 2023-ci il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tələbələri ilə görüş keçirib.

Qusar Mediasiya Təşkilatı mediatorları 16 noyabr 2023-ci il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tələbələri ilə görüş keçirib.

Qusar Mediasiya Təşkilatı mediatorları 16 noyabr 2023-ci il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tələbələri ilə görüş keçirib.
2023-11-28 , 22:53

Universitetin direktoru, dosent Yusif Alıyev çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və ADPU arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib. 


Görüşdə Mediasiya Şurasını Qusar Mediasiya Təşkilatı təmsil edib. Təşkilatın rəhbəri Radik Kazımov və təşkilatın mediatorları tələbələrlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran sualları cavablandırıblar.

Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.