Azərbaycan Dövlət Pedoqoji Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq 16 noyabr 2023-ci il tarixində Pedoqoji Kollecin tələbələri ilə görüş keçirilib.
Pedoqoji Kollecin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Pedaqoji Kollec arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilmişdir.
OXŞAR XƏBƏRLƏR