Avropa Şurası və Ədalətin Səmərəliliyi üçün Avropa Komissiyasının (CEPEJ) təşkilatçılığı ilə 41-ci plenar iclas keçirilib

4 - 5 dekabr 2023-cü il tarixində Fransanın Strasburq şəhərində Avropa Şurası və Ədalətin Səmərəliliyi üçün Avropa Komissiyasının (CEPEJ) təşkilatçılığı ilə 41-ci plenar iclas keçirilib.
İclas boyunca müxtəlif şəxslər tərəfindən “Üzv və müşahidəçi dövlətlərdə ədalət sahəsində son inkişaf”, “Məhkəmə sistemlərinin qiymətləndirilməsi”, “Süni zəka üzrə birgə iş”, “Ədalət keyfiyyəti” və s. kimi mövzularda çıxışlar olunmuş, ədalət mühakiməsi sahəsində vaxtın idarə edilməsi müzakirə edilmişdir.
İclasda, Mediasiya Şurasını, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov təmsil etmişdir.