Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Avropa Şurası və Ədalətin Səmərəliliyi üçün Avropa Komissiyasının (CEPEJ) təşkilatçılığı ilə 41-ci plenar iclas keçirilib

Avropa Şurası və Ədalətin Səmərəliliyi üçün Avropa Komissiyasının (CEPEJ) təşkilatçılığı ilə 41-ci plenar iclas keçirilib

Avropa Şurası və Ədalətin Səmərəliliyi üçün Avropa Komissiyasının (CEPEJ) təşkilatçılığı ilə 41-ci plenar iclas keçirilib
2023-12-14 , 14:44

4 - 5 dekabr 2023-cü il tarixində Fransanın Strasburq şəhərində Avropa Şurası və Ədalətin Səmərəliliyi üçün Avropa Komissiyasının (CEPEJ) təşkilatçılığı ilə 41-ci plenar iclas keçirilib.

Açılış nitqi ilə çıxış edən İnsan Hüquqları üzrə direktor Kristof Poirel gündəlikdə nəzərdə tutulan mövzuları təqdim edib və onların aktuallığını vurğulayıb.

İclas boyunca müxtəlif şəxslər tərəfindən “Üzv və müşahidəçi dövlətlərdə ədalət sahəsində son inkişaf”, “Məhkəmə sistemlərinin qiymətləndirilməsi”, “Süni zəka üzrə birgə iş”, “Ədalət keyfiyyəti” və s. kimi mövzularda çıxışlar olunmuş, ədalət mühakiməsi sahəsində vaxtın idarə edilməsi müzakirə edilmişdir.

İclasda, Mediasiya Şurasını, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov təmsil etmişdir.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.