Mediatorların ilkin hazırlıq kursu”nu bitirmiş mediatorlara sertifikatlar təqdim olunub

Sertifikatvermə mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib.
Nadir Adilov çıxış edərək mediasiya sahəsində son illərdə görülən işlərdən və yeniliklərdən söz açıb. O bildirib ki, 2024-cü ildə daha sıx əməkdaşlıqlar qurulacaq, daha keyfiyyət yönümlü nəticələrə nail olunacaqdır.
Ədliyyə Akdemiyasının prorektoru Elçin Xələfov çıxışı zamanı mediasiya sahəsində təşkil edilən təlimlərdən danışıb, mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda kursu uğurla tamamlamış şəxslərə sertifikatlar təqdim edilib.