Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediatorların ilkin hazırlıq kursu”nu  bitirmiş mediatorlara sertifikatlar təqdim olunub

Mediatorların ilkin hazırlıq kursu”nu  bitirmiş mediatorlara sertifikatlar təqdim olunub

Mediatorların ilkin hazırlıq kursu”nu  bitirmiş mediatorlara sertifikatlar təqdim olunub
2023-12-14 , 14:46

13 dekabr 2023-cü il tarixində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Akademiya tərəfindən keçirilən “Mediatorların ilkin hazırlıq kursu”nu müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub.


Sertifikatvermə mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib.

Nadir Adilov çıxış edərək mediasiya sahəsində son illərdə görülən işlərdən və yeniliklərdən söz açıb. O bildirib ki, 2024-cü ildə daha sıx əməkdaşlıqlar qurulacaq, daha keyfiyyət yönümlü nəticələrə nail olunacaqdır.

Ədliyyə Akdemiyasının prorektoru Elçin Xələfov çıxışı zamanı mediasiya sahəsində təşkil edilən təlimlərdən danışıb, mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda kursu uğurla tamamlamış şəxslərə sertifikatlar təqdim edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.