Ədliyyə Akademiyasında “Mediasiya metodologiyası” kitabının təqdimat mərasimi keçirilib.

17 noyabr tarixində Ədliyyə Akademiyasında “Mediasiya metodologiyası” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Ədliyyə Akademiyasının və Mediasiya Şurasının təlimçiləri, mediatorlar və mediasiya təşkilatı rəhbərləri iştirak edib. Tədbirdə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, kitab vətəndaş cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində nəşr edilib. Belə ki, qeyd edilən kitab Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən həyata ke¬çirilən və Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Mediasiyanın me¬to¬¬dologiyası kitabının nəşri" layihəsi çərçivəsində Mediasiya Şurasının metodiki dəstəyi və rəyi əsasında çap olunmuşdur. Kitabda nəşr edilmiş Ədliyyə Səmərəliliyi üzrə Avropa Komitəsinin (“CEPEJ”) Mediasiyaya dair tövsiyələrin və rəhbər prinsiplərin effektiv şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyan "Me¬diasiya bacarıqlarının inkişafı üzrə alətlər dəsti" adlı müxtəlif sə¬nəd¬lər toplusuna daxil olan sənədlər toplusu Avropa İttifaqı və Avropa Şurasının maliyyə dəstəyi ilə tərcümə edilmişdir.
Təqdimat mərasimində çıxış edən Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov nəşrin mahiyyəti barədə danışarkən qeyd edib ki, nəşr təkcə mediatorlar üçün deyil, eyni zamanda mediasiya sahəsi ilə maraqlanan hüquqşünaslar, müəllimlər, hakimlər və vəkillər üçün də son dərəcə zəruri bir ədəbiyyatdır. O qeyd edib ki, ərsəyə gələn bu kitab Ədliyyə Akademiyası tərəfindən təşkil edilən təlimlərdə dinləyicilərə təqdim ediləcək.Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da çıxış edərək, mediasiya metodologiyasınin tədrisində ədəbiyyatın olmasının əhəmiyyəti və üstünlüklərindən danışıb.
Tədbirin sonunda iştirakçılara kitablar təqdim edilib və mediatorlar kitabın əhəmiyyəti barədə fikirlərini bildiriblər.
OXŞAR XƏBƏRLƏR