Mediasiya təlimçilərinə sertifikatlar təqdim edilib.

17 noyabr 2023-cü il tarixində Mediasiya təlimçilərinə sertifikatlar təqdim edilib. Xatırladırıq ki, sertifikatlar 5 oktyabr 2023-cü il tarixində Avropa Şurası, Avropa İttifaqı, Mediasiya Şurası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində CEPEJ-in mediasiya üzrə təlimçilər üçün təkmilləşdirilmiş təlimlərin nəticələrinə uyğun olaraq təqdim edilib.
Çıxış edən Ədliyyə Akademiyasının proroktoru Elçin Xələfov qeyd edilən təlimlərdə iştirak edib, müvafiq sertifikatlar alan təlimçiləri təbrik edib və Ədliyyə Akademiyası və Mediasiya Şurası arasında olan səmərəli əməkdaşlıq məsələləri barədə fikirlərini bildirib. O qeyd edib ki, artıq keçən müddət ərzində mediasiya təlimçilərinin təkcə nəzəri deyil, eyni zamanda praktik sahədə də bilik və bacarıqları artıb və bu mediasiyanın inkişafı sahəsində mühüm amildir.
Təqdimat mərasimi mediasiya təlimçilərinə Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva tərəfindən sertifikatların təqdim edilməsi və təlimçilərin fikir mübadiləsi ilə davam edib.
OXŞAR XƏBƏRLƏR