Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF - FOTO

Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF - FOTO

Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF - FOTO
2024-05-01 , 15:25

Türkiyəli məşhur müğənni Hadise futbolçu Lukas Torreyra ilə sevgili olduğu ilə bağlı yayılan iddialara cavab verib.

Futbolçunun Hadisenin konsertlərinə getməsi, həmçinin ifaçının “Qalatasaray”ın tribunalarında dəfələrlə görünməsi onların eşq yaşadığı barədə şayiələrə səbəb olub.
Hadise ilk dəfə eşq iddialarına cavab verib.
“Bəli, məni dinləməyə gəlmişdi. Lukas mənim çox yaxın dostumdur. Bildiyiniz kimi, həmişə matça gedirəm. Matç izləməyi xoşlayıram”, - deyə o etiraf edib.
Bununla belə o, eşq məsələsi olmadığını vurğulayıb.
“Ümumiyyətlə, hazırda həyatımda sevgi yoxdur, aşiq deyiləm”, - deyərək Hadise iddialara son qoyub.//Oxu.az
FotoJet (1).jpg (54 KB)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.