Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azərbaycan lideri: "Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik"

Azərbaycan lideri: "Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik"

Azərbaycan lideri:
2024-05-01 , 14:58

Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 2019-cu ildən bu ilin əvvəlinə qədər Qoşulmama Hərəkatında təşviq etmişik.

Musavat.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradıldığını xatırladaraq bildirib: “Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması gələcəkdə də davam edəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.