Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nadir Adilov Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının Komitə iclasında çıxış edib.

Nadir Adilov Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının Komitə iclasında çıxış edib.

Nadir Adilov Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının Komitə iclasında çıxış edib.
2023-10-26 , 19:36

Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində CEPEJ-in Azərbaycanda mediasiya üzrə təlim çərçivəsinin təkmilləşdirilməsi üzrə missiyasının Texniki Layihə Komitəsinin iclası keçirilmişdir. 

Layihəni giriş sözü ilə açan, Avropa Şurasından Layihə koordinatoru Leonid Antohi, Azərbaycan Respublikası Ədliyyə Nazırliyinin nümayəndəsi Leyla Bərxudarzadə, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul şəxsi Məryəm Hacı-İsmayılova çıxış etmişdir. Çıxışçılar layihənin mahiyyəti və məzmunu ilə bağlı fikirlərini bildirib, həmçinin qeyd edilən layihənin Azərbaycanda mediasiyanın inkişafı sahəsində roluna toxunublar. Layihənin gedişatı və nəticələr barədə məsələlərə toxunan Avropa Şurası Layihə üzrə məsul şəxsi Vəfa Rövşənova Layihənin tərəfdaşları ilə gedişatla bağlı məsələlərə toxunmuş, qarşıdakı dövr üçün iş planının müzakirəsi isə Avropa Şurası Layihə koordinatoru Leonid Antohi tərəfindən təqdim edilmişdir. 

Azərbaycan Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Mediasiya Şurasının qısa müddətdə əldə etdiyi nailiyyətlərə toxunub və uğurlar barədə danışıb. Onun fikirlərinə görə Azərbaycan ictimai rəyi mediasiya islahatlarını müsbət qəbul edir və mediasiya sahəsində barışıq sazişlərinin müsbət dinamikası günbəgün artır, bu isə məhkəmə-hüquq islahatları üçün mühüm vətəndaş iştirakçılığı töhfəsidir. Nadir Adilov eyni zamanda qeyd edilən layihədən gözləntilərinin çox olduğunu qeyd etmiş, layihənin KİV və Vətəndaş Cəmiyyəti təsisatları, eyni zamanda maraqlı tərəflərin iştirakı ilə davam etdirilməsinin önəmini qeyd etmişdir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.