Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində texniki layihə komitəsinin iclası keçirilib

“Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində texniki layihə komitəsinin iclası keçirilib

“Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində texniki layihə komitəsinin iclası keçirilib
2023-04-13 , 20:30

13 aprel 2023-cü il tarixində Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində texniki layihə komitəsinin iclası keçirilib.


İclası Avropa Şurasının Bakıdakı ofisinin rəhbər müavini cənab Kirilo Boyçeniuk, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul şəxsi xanım Məryəm Hacı-İsmayılova və Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədov salamlama çıxışları ilə açıq elan edib, daha sonra görüş “Azərbaycanda mediasiyanın təşviqi” layihə təklifinin təqdimatı ilə davam edib.Təqdimat zamanı layihə koordinatoru cənab Leonid Antohi, layihə üzrə məsul şəxs xanım Vəfa Rövşənova çıxış ediblər.

Görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Bakı 14 saylı mediasiya təşkilatının rəhbəri Gəray Məmmədtağıyev, Bakı 15 saylı mediasiya təşkilatının rəhbəri Qasım Şaliyev, Bakı 18 saylı mediasiya təşkilatının rəhbəri Sadiq Bağırov iştirak ediblər.

Nadir Adilov çıxışı zamanı mediator və mediasiya təşkilatlarının hazırki fəaliyyəti ilə bağlı məlumat verib, daha sonra bu sahədə keyfiyyətin artırılması istiqamətində öz təkliflərini irəli sürüb. O, həmçinin, layihə ilə bağlı fikirlərini, praktikaya əsaslanaraq yaranabiləcək problemleri vurğulayıb.

Görüş müzakirələrlə davam edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.