Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediasiya Şurasında Avropa Şurasının ekspertləri ilə görüş keçirilib

Mediasiya Şurasında Avropa Şurasının ekspertləri ilə görüş keçirilib

Mediasiya Şurasında Avropa Şurasının ekspertləri ilə görüş keçirilib
2023-04-13 , 00:24

Mediasiya Şurasından verilən məlumata görə, 12 aprel 2023-cü il tarixində Avropa İttifaqının və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) "Azərbaycanda mediasiyanın təşviqi” layihəsinin ilkin müzakirəsi ilə bağlı Mediasiya Şurasında görüş keçirilib.

 
Görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Mediasiya Şurası tərəfindən görülmüş işlər barədə geniş məlumat verib.
 
Görüşdə Avropa Şurası tərəfindən "Azərbaycanda mediasiyanın təşviqi” layihəsinin kordinatoru Leonid Antohi, Layihə üzrə məsul şəxs Vəfa Rövşənova iştirak etmişdir. Leonid Antoni həyata keçiriləcək layihənin detalları barədə məlumatları Mediasiya Şurası ilə müzakirə etməklə yanaşı, layihənin səmərəli şəkildə icrası məqsədi ilə Mediasiya Şurasının müxtəlif komponentlər üzrə fikirlərinin önəmli olduğunu qeyd etmişdir.
 
Görüşdə iştirak edən Bakı 10 saylı mediasiya təşkilatının rəhbəri Rauf Əzimov, Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov mediasiya təşkilatları və mediatorlar arasında tənzimlənən hüquqi münasibətlər, mediasiya xidmətlərinin keyfiyyətli icrası, mediasiya təşkilatlarında işin təşkili barədə qonaqlara məlumat vermişdir.
 
Eyni zamanda Leonid Antohi Mediasiya Şurasının gördüyü işlərə görə Mediasiya Şurasına təşəkkür etmiş və qısa zamanda nailiyyətlərin əldə olunduğunu vurğulamışdır.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.