Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Avropa Şurasının koordinatoru Bakı 8 saylı Mediasiya təşkilatında olub

Avropa Şurasının koordinatoru Bakı 8 saylı Mediasiya təşkilatında olub

Avropa Şurasının koordinatoru Bakı 8 saylı Mediasiya təşkilatında olub
2023-04-12 , 19:08

Aprelin 12-də Mediasiya Şurasında keçirilən görüşdən sonra, Avropa Şurası tərəfindən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsinin kordinatoru Leonid Antohi və Layihə üzrə məsul şəxs Vəfa Rövşənova Bakı 8 saylı Mediasiya təşkilatında olublar. Bakı 8 saylı Mediasiya təşkilatının direktoru Mayıl Əhməd qonaqlara “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və Nazirlər Kabinetinin müvafiq Qərarlarının mediasiya təşkilatında real rejimdə icrası ilə tanış edib.  

Qonaqlara Mediasiya Şurasının İdarə Heyəti tərəfindən təsdiq edilmiş sənəd nümunələri təqdim edilib, təşkilatda çalışan mediatorların göstərdikləri uğurlu mediasiya nəticələrinin statistikası açıqlanıb və bu uğurlu nəticələrə nail olmaqdan ötrü görülmüş konkret işlər barədə misallar çəkilib.
Sonda Leonid Antohi və Mayıl Əhməd xatirə şəkli çəkdiriblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.