Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nəfəs: İllərlə kirayə qaldım... - VİDEO

Nəfəs: İllərlə kirayə qaldım... - VİDEO

Nəfəs: İllərlə kirayə qaldım... - VİDEO
2024-05-01 , 16:11

Nəfəs ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Məmmədli "Mirinin dibçəyi" verilişində aldığı ilk evindən söz açıb.



Yenilik.az bizim.media-ya istinadla xəbər verir ki, o, illərlə kirayədə qaldığını deyərək ən böyük arzusunun 5 otaqlı mənzil olduğunu bildirib:

"Uzun müddət ailəmlə kirayələrdə qaldım. Ev almaq istəyirdim. Bu sənətə yenicə başlayanda o qədər də pul qazanmırdım. Pulumu üst-üstə yığan qız idim. Öz ayaqlarım üzərində durmaq istəyirdim.

Zamanla yığdığım o pullarla özümə kiçik bir ev aldım. O ev isə mənim üçün çox uğurlu oldu. Mənim üçün ən bahalı evdir. Çünki orada ailəmlə, uşaqlarımla birgə yaşayıram. Onlar gözümün önündədirlər. İnşallah, nə vaxtsa böyük evim də olar.

Çox istəyirəm ki, 5 otaqlı evim olsun və orada hər bir ailə üzvümün ayrıca otağı olsun. Uşaqlarımın, anamın, bacı-qardaşlarımın". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.