Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Yeni vəkillərin andiçmə mərasimi keçirildi

Yeni vəkillərin andiçmə mərasimi keçirildi

Yeni vəkillərin andiçmə mərasimi keçirildi
2023-04-11 , 10:43

Aprelin 11-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Yenilik.az xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni və Vəkil Marşı səsləndirilib.
Daha sonra açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Kollegiyanın son 5 il ərzindəki fəaliyyəti, son dövrlər görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
A.Bağırov qeyd edibki, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmuşlar. “2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-2022-ci illər arasında keçirilən 10 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunmuşlar. Bu gün artıq ölkəmizdə vəkillərin sayı 2240 nəfərdir”.
A.Bağırov həmçinin bildiribki, bu gün andiçmə mərasimində 83 namizəd vəkil andı içərək sıralarımıza qəbul olunurlar.
Əvvəllər hakim işləmiş 4, vəkil işləmiş 1 namizəd qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıblar. Andiçmə mərasimdə iştirak edənlərin 62 nəfəri kişi, 21 nəfəri isə qadındır.
Daha sonra vəkilliyə namizədlər çıxış etmiş, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildiriblər.
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib, vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içiblər. Onlara vəkil vəsiqələri və ilk dəfə olaraq vəkil reyestrindən çıxarışlar təqdim edilib.















Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.