Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vəkil Adəm Məmmədovun “Oğurlanmış adam” kitabının təqdimatı keçirildi - FOTO

Vəkil Adəm Məmmədovun “Oğurlanmış adam” kitabının təqdimatı keçirildi - FOTO

Vəkil Adəm Məmmədovun “Oğurlanmış adam” kitabının təqdimatı keçirildi - FOTO
2023-05-27 , 18:58

Mayın 27-də Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun “Oğurlanmış adam” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov, Şahmar Məmmədov, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Akif Təvəkküloğlu, vəkillər, hüquqşünaslar, media və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Adəm Məmmədov qonaqları salamlayaraq kitab haqda qonaqlara məlumat verib. Müəllif bildirib ki, sözügedən kitab dedektiv janrında yazılıb: “Bu kitablarda ciddilik xüsusi önəm daşıyır. Çünki söhbət insan taleyindən gedir. Oxucuların yorulmaması üçün müəyyən məqamlarda yumora da üstünlük verməyə çalışdım”.
Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov müəllifin yaradıcılığından söz açıb: “Bu gün Vəkillər Kollegiyası üçün çox önəmli bir gündür. Çünki bu gün biz həmkarımız Adəm Məmmədovun kitabının təqdimat mərasiminə yığışmışıq. Kollegiya olaraq biz həmişə öz üzvlərimizin uğurları ilə fəxr edir, onların uğurunu öz uğurumuz hesab edirik. Vəkillər Kollegiyası cəmiyyətin bütün üzvlərinə yaxın olmaq istəyir. Təsadüfi deyil ki, bu gün bizim sıralarımızda bir sıra istedadlı hüquqşünaslar var. Adəm Məmmədov da vəkil kimi ölkədə kifayət qədər tanınmış hüquqşünasdır. Ancaq bununla yanaşı, onun ictimai fəaliyyəti də hamıya bəllidir. O, uzun illər ərzində respublikanın aparıcı televiziya kanallarında maraqlı verilişlərin aparıcısı olub. Onun aparıcılıq etdiyi verilişlərdə hüquqi maarfiləndirmə əsas istiqamət olub”.
Sədr bildirib ki, vəkillərin əsas vəzifələrindən biri də insanların hüquqi maariflənməsinə dəstək olmaqdır: “Həmkarım Adəm Məmmədovun da əsas fəaliyyəti ölkəmizdə vəkillik institutunun daha da güclənməsinə, bu peşənin daha da tanınmasına köklənib. Yazıçı olmaq, peşə fəaliyyətini bu formada ifadə etmək hər kəsə qismət olmur. Bu, xüsusi istedad tələb edir. Yazıçının geniş ürəyi olmalıdır. Adəm Məmmədovun yaradıcılığında əsas məqam yazıçılıqla vəkilliyin sintezinin olmasıdır. Müəllifə yeni yaradıcılıq uğurları arzulayıram”.
Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov da kitab haqqında öz fikirlərini bölüşüb: "Adəm Məmmədovun istedadına, peşəkarlığına yaxından bələdəm. Vəkillər Kollegiyasında onun kimi şəxslərin çox olması bizim inkişafımıza dəstək olur. O, həm hüquqşünas, həm yazıçı olaraq öz işini peşəkarlıqla icra edir. Mən də öz növbəmdə Adəmə həm yazıçı, həm vəkil olaraq yeni uğurlar arzu edirəm”.
Daha sonra tədbirdə çıxış edən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru və Kollegiyanın sədr müavini Şahmar Məmmədov, vəkillərin uğurlarının onları sevindirdiyini qeyd edib: “Bu gün biz vəkillərimizin həm idman yarışlarında, həm yaradıcı sahələrdə bir sıra uğurlarına şahidlik edirik. Uğur qazanmaq müəyyən məsafə qət etməyi tələb edir. Adəm Məmmədov həm vəkil, həm jurnalist, həm də yazıçı olaraq artıq bu yolu müəyyən mənada qət edib. Təbii ki, hər şeyi öz zəhməti hesabına əldə edib. Həmkarımın sevincinə şərik olur, onun növbəti təqdimat mərasimlərinin işğaldan azad olunmuş torpaqlara qeyd etməyi arzulayıram”.
Tədbirdə çıxış edən digər qonaqlar da müəllifin yeni əsərini yüksək qiymətləndiriblər.
Sonda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunub.

















Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.