Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məşhur şadlıq sarayları havaya normadan artıq tullantılar atır - SİYAHI

Məşhur şadlıq sarayları havaya normadan artıq tullantılar atır - SİYAHI

Məşhur şadlıq sarayları havaya normadan artıq tullantılar atır - SİYAHI
2024-04-30 , 12:35

Bakıda və bölgələrdə havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri və restoranların adları açıqlanıb.


Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Movida Plaza", “Üzeyir", “Xudafərin”, “Neolit City", “Şahənşah”, “Qaynana", “Old Manqal", “Salam Baku", “Muğam Klub", “Səhər Mehi", “Nanə Pub", Sumqayıt şəhərində fəaliyyət göstərən “Yeni Həyat", “Romanse”, “Veqas", “Tərlan", ”Orman”, Gəncə şəhərində fəaliyyət göstərən "Tural", "Kəhraba", "Söyüdlük", Göygöl rayonunda fəaliyyət göstərən "Münasib", Samux rayonunda fəaliyyət göstərən "Çıraq Plaza" ictimai iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Aşkarlanan faktlarla bağlı qeyd olunan obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.