Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bakıda məşhur şadlıq saraylarının sahibləri cərimələniblər - SİYAHI

Bakıda məşhur şadlıq saraylarının sahibləri cərimələniblər - SİYAHI

Bakıda məşhur şadlıq saraylarının sahibləri cərimələniblər - SİYAHI
2023-03-14 , 17:16

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Yenilik.az xəbər vderir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Romance Palace”, “Grace Hall”, “Meridian”, “Grand Neon” və “Sapfir” şadlıq saraylarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı şadlıq saraylarının sahibləri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələniblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.