Cabbar Həsənov Mingəçevir 1 saylı Mediasiya Təşkilatının işi ilə yaxından tanış olub

Görüşdə Mingəçevir 1 saylı mediasiya təşkilatının rəhbəri Ayaz İsmayılov təşkilatın əldə etdiyi nailiyyətlərə toxunaraq, Şuranın Hüquqi Təminat və İnsan Hüquqları Komitəsi tərəfindən hazırlanan rəylərin təşkilatın fəaliyyətinin təkmilləşdirilməsində mühüm rol oynadığını qeyd edib.
Görüşdə iştirak edən mediatorların sualları cavablandırılıb və görüşlərin intensiv keçirilməsi qərara alınıb. Qeyd edilib ki, təşkilatın cari fəaliyyəti, görülmüş işlər, maarifləndirici tədbirlər və yeni ildəki hədəflərlə bağlı bundan sonra da intensiv görüşlər keçirilsin.
Yekunda xatirə şəkli çəkilib.