Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət »  Cabbar Həsənov Mingəçevir 1 saylı Mediasiya Təşkilatının işi ilə yaxından tanış olub

 Cabbar Həsənov Mingəçevir 1 saylı Mediasiya Təşkilatının işi ilə yaxından tanış olub

 Cabbar Həsənov Mingəçevir 1 saylı Mediasiya Təşkilatının işi ilə yaxından tanış olub
2024-01-04 , 16:00

Mediasiya Şurası yanında Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin fəaliyyət planı əsasında, Komitənin üzvü Cabbar Həsənov Mingəçevir 1 saylı Mediasiya Təşkilatının işi ilə yaxından tanış olub. Mingəçevir 1 saylı mediasiya təşkilatının rəhbəri Ayaz İsmayılov ilə birlikdə mediasiya sahəsində metodoloji fikir mübadilələri aparılıb və təşkilatın əldə etdiyi nailiyyətləri müzakirə edilib. 


Görüşdə Mingəçevir 1 saylı mediasiya təşkilatının rəhbəri Ayaz İsmayılov təşkilatın əldə etdiyi nailiyyətlərə toxunaraq, Şuranın Hüquqi Təminat və İnsan Hüquqları Komitəsi tərəfindən hazırlanan rəylərin təşkilatın fəaliyyətinin təkmilləşdirilməsində mühüm rol oynadığını qeyd edib. 

Görüşdə iştirak edən mediatorların sualları cavablandırılıb və görüşlərin intensiv keçirilməsi qərara alınıb. Qeyd edilib ki, təşkilatın cari fəaliyyəti, görülmüş işlər, maarifləndirici tədbirlər və yeni ildəki hədəflərlə bağlı bundan sonra da intensiv görüşlər keçirilsin. 

Yekunda xatirə şəkli çəkilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.