Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Türkiyə Cumhuriyyətinin Ombudsmanı Mediasiya Şurası nümayəndələrini qəbul edib.

Türkiyə Cumhuriyyətinin Ombudsmanı Mediasiya Şurası nümayəndələrini qəbul edib.

Türkiyə Cumhuriyyətinin Ombudsmanı Mediasiya Şurası nümayəndələrini qəbul edib.
2023-11-24 , 15:26

Mediasiya Şurasının nümayəndə heyətinin Türkiyə Cumhuriyyətinə ilk rəsmi səfəri çərçivəsində Türkiyə Cumhuriyyətinin Ombudsmanı Şərəf Malkoç Azərbaycan nümayəndə heyətini qəbul edib. O, Türkiyədə mediatorların Ombudsmanla əməkdaşlığını və mediatorların əldə etdiyi nailiyyətləri qeyd edib. Türkiyə Cumhuriyyətinin Arabuluculuk Dairə Bakanlığının İdarə Heyətinin üzvü Yakup Erikel Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin mahiyyəti və qarşıda duran hədəflər barədə Ombudsmana məlumat verib.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycanda aparılan mediasiya prosesləri barədə Ombudsman Şərəf Malkoça məlumat verib. N. Adilov qeyd edib ki, Mediasiya Şurası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva ilə çox sıx və səmərəli əməkdaşlıq edir. N. Adilov həmçinin əlavə edib ki, Azərbaycanda Mediasiya Şurası və Ombudsman Səbinə Əliyeva ilə olan uğurlu əməkdaşlıq Mediasiya Şurası fəaliyyətə başladığı gündən bu günədək uğurla davam edir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun təkmilləşdirilməsi kimi önəmki bir məsələnin məhz Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə ictimai müzakirəsinin təşkil edildiyini də diqqətə çatdıran sədr vurğulayıb ki, proses Azərbaycanda İnsan Hüquqları üzrə müvəkkilin mediatorlara olan dəstəyinin bariz nümunəsidir. 

Türkiyə Cumhuriyyətinin Ombudsmanı Şərəf Malkoç istər Türkiyə Cumhuriyəti Ombudsmanlar Birliyi formatında, istərsə də ikitərəfli formada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə uğurlu əməkdaşlıq modelindən məmnun olduğunu və iki ölkənin Ombudsmanları arasında olan səmərəli əməkdaşlığı nümayəndə heyətinin diqqətinə çatdırıb. Daha sonra isə Azərbaycan nümayəndə heyəti üçün Türkiyə Cumhuriyyətinin Ombudsmanı adından şam ziyafəti təşkil edilib.

Təşkil edilən görüşdə Azərbaycandan həmçinin Mediasiya Şurasının İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, mediasiya təlimçisi, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 4 saylı Mediasiya Təşkilatı nın rəhbəri, mediasiya təlimçisi Cabbar Həsənov, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və Azərbaycanın Türkiyədəki Ticarət Təmsilcisi danışmanı Aygün Əliyeva iştirak edib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.