Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediasiya Şurası nümayəndələri ilk rəsmi səfərini Türkiyə Cumhuriyətinə etdi.

Mediasiya Şurası nümayəndələri ilk rəsmi səfərini Türkiyə Cumhuriyətinə etdi.

Mediasiya Şurası nümayəndələri ilk rəsmi səfərini Türkiyə Cumhuriyətinə etdi.
2023-11-21 , 18:33

Mediasiya Şurasının nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Cumhuriyətinə edib. Qarşı tərəfin rəsmi dəvəti ilə baş tutan səfərdə əsas məqsəd iki qardaş ölkə arasında mediasiya sahəsində tərəfdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması və türk dövlətləri arasında mediatorların əməkdaşlığı istiqamətində niyyət danışıqlarının aparılmasıdır. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun rəhbərliyi ilə baş tutan səfərdə Mediasiya Şurasının İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, mediasiya təlimçisi, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 4 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya təlimçisi Cabbar Həsənov, @Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov və Azərbaycanın Türkiyədəki Ticarət Təmsilcisi danışmanı Aygün Əliyeva iştirak edib. Səfər çərçivəsində bir çox görüşlərin və müzakirələrin keçirilməsi planlaşdırılır.


Bu gün - 20 noyabr tarixində Ankara Ticarət Odasının təşkil etdiyi "Müraciətçilərin fərdi məlumatlarının qorunması" Konfransında Türkiyə Cumhuriyyətinin Ədliyyə Nazirliyinin Arabuluculuk Dairə Bakanı Çağdaş Özər çıxış edərək sualları cavablandırıb. Konfransın moderatoru, Arabuluculuk Dairə Bakanlığının İdarə Heyətinin üzvü Yakup Erikel Azərbaycan nümayəndə heyətini iştirakçılara təqdim etmişdir. Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qonaq qismində Konfransda çıxış edərək dəvət üçün təşəkkürlərini çatdırıb və Azərbaycanda mediasiya proseslərini qeyd edib. Təşkil edilən tədbir Türkiyə Cumhuriyətində mediasiyanın aktual məsələləri müzakirəsi ilə davam edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.