Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ankarada Türk Dövlətləri Mediatorlarının Birliyinin yaradılması konsepsiyası müzakirə edilib.

Ankarada Türk Dövlətləri Mediatorlarının Birliyinin yaradılması konsepsiyası müzakirə edilib.

Ankarada Türk Dövlətləri Mediatorlarının Birliyinin yaradılması konsepsiyası müzakirə edilib.
2023-11-24 , 15:27

Mediasiya Şurasının nümayəndə heyəti Türkiyə Cumhuriyyətinə ilk rəsmi səfəri çərçivəsində hibrid formada Türk Dövlətləri mediatorlarının və mediasiya qurumlarının rəhbərlərinin görüşü keçirilib. Görüş Azərbaycan Respublikası Mediasiya Şurasının və Türkiyə Arabuluculuk Dairə Bakanlığının təşkilatçılığı ilə təşkil edilib. Ankarada TOBBUYUM - Arabuluculuk və Uyumsuzluk Çözüm Mərkəzində baş tutan görüşə Azərbaycan və Türkiyə heyəti canlı olaraq, Qazaxstan, Qırğızıstan Respublikalarının mediasiya qurumlarının rəhbərləri isə onlayn formada qoşulub. Eyni zamanda görüşə Belarusiya Respublikasının təmsilçisi Lliya Vlasova da qonaq qismində qoşularaq iştirak etmişdir. Görüşdə Azərbaycan Respublikasının Türkiyə Cumhuriyyətindəki səfirliyindən konsul Ziya Ağayev iştirak etmişdir. Müzakirələr zamanı Türk Dövlətləri mediatorlar Birliyinin yaradılması ideyası müzakirə edilib və təmsilçilər tərəfindən dəstəklənmişdir. 

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Qırğızıstan təmsilçiləri Qulsina Kojoyarova, Avazbek Şamşiyev, Qazaxıstan təmsilçisi Jandilda Jakupov mediasiya qurumlarının rəhbərləri qeyd edilən təşəbbüsü dəstəklədiklərini qeyd ediblər. 

Görüşün moderatoru, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Əhməd təşəbbüsə dəstək verən qurumların təkliflərinin qısa müddətdə təqdim edilməsini xahiş edib. 
Keçirilən müzakirələrdə Azərbaycandan, həmçinin Mediasiya Şurasının mediasiya təlimçisi, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 4 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya təlimçisi Cabbar Həsənov, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və Azərbaycanın Türkiyədəki Ticarət Təmsilçisi danışmanı Aygün Əliyeva iştirak edib. 

Görüşdə Türkiyə Cumhuriyyətini canlı olaraq 40-a yaxın peşəkar arabulucu (mediator) təmsil edib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.