Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediasiya Şurasının nümayəndə heyəti Türkiyə Cumhuriyyətinin Prezident Adminstrasiyasında qəbul edilib.

Mediasiya Şurasının nümayəndə heyəti Türkiyə Cumhuriyyətinin Prezident Adminstrasiyasında qəbul edilib.

Mediasiya Şurasının nümayəndə heyəti Türkiyə Cumhuriyyətinin Prezident Adminstrasiyasında qəbul edilib.
2023-11-25 , 15:28

Mediasiya Şurasının nümayəndə heyətinin Türkiyə Cumhuriyyətinə ilk rəsmi səfəri çərçivəsində Türkiyə Cumhuriyyətinin Prezident Adminstrasiyasında Hüquq Siyasətləri Şurasının üzvü Vedat Əli Tekdaş tərəfindən qəbul edilib. 

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan böyük islahatların tərkib hissəsi olan məhkəmə - hüquq islahatlarının yeni mərhələsi olan mediasiya islahatları barədə məlumat verib. N.Adilov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın apardığı siyasətə uyğun olaraq hər iki ölkə arasında bütün istiqamətlər üzrə səmərəli əməkdaşlıqlar qurulur, o cümlədən, mediasiya sahəsində. 
Vedat Ali Tektaş Azərbaycan nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu, Cənab Prezident Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyevin dostluq və əməkdaşlıq sahəsində əldə edilən nailiyyətləri diqqətə çatdırıb. O qeyd edib ki, hər iki ölkənin mediasiya qurumlarının əməkdaşlıq etməsi və bu əməkdaşlıq nəticəsində nailiyyətlərin əldə olunması sevindiricidir. O qeyd edib ki, bu əməkdaşlıq təkcə Türkiyə və Azərbaycan üçün deyil mediasiya sahəsində bütün türk dünyası üçün yeni bir mərhələ olacaq. Türkiyə Cumhuriyyətinin Arabuluculuk Dairə Bakanlığının İdarə Heyətinin üzvü Yakup Erikel Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin mahiyyəti və qarşıda duran hədəflər barədə Vədat Əli Tektaşa məlumat verməklə yanaşı, Türk Dünyası Mediatorlar Birliyinin yaradılması sahəsində aparılan işlər barədə də məlumat verib.

Təşkil edilən görüşdə Azərbaycandan həmçinin Mediasiya Şurasının İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, mediasiya təlimçisi, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 4 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya təlimçisi Cabbar Həsənov, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və Azərbaycanın Türkiyədəki Ticarət Təmsilcisi danışmanı Aygün Əliyeva iştirak edib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.