Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediasiya Şurasının nümayəndələri Ankarada TOBBİYUM - Arabuluculuk və Uyumsuzluk Çözüm Mərkəzinin qonağı olub.

Mediasiya Şurasının nümayəndələri Ankarada TOBBİYUM - Arabuluculuk və Uyumsuzluk Çözüm Mərkəzinin qonağı olub.

Mediasiya Şurasının nümayəndələri Ankarada TOBBİYUM - Arabuluculuk və Uyumsuzluk Çözüm Mərkəzinin qonağı olub.
2023-11-24 , 15:25

Mediasiya Şurasının nümayəndə heyəti Türkiyə Cumhuriyyətinə ilk rəsmi səfəri çərçivəsində Ankarada TOBBUYUM - Arabuluculuk və Uyumsuzluk Çözüm Mərkəzinin qonağı olub. Mərkəzin rəhbəri Onur Yüksəl qonaqları Mərkəzin fəaliyyəti, mərkəzdə aparılan mediasiya prosesləri barədə qonaqlara məlumat verib. Daha sonra Türkiyə Ədliyyə Nazirliyinin Arabuluculuk Dairə Bakanlığının İdarə Heyətinin üzvü Yakup Erikelin moderatorluğu ilə mediasiya prosesləri ilə bağlı Azərbaycanda və Türkiyədə aparılan mediasiya islahatları barədə panel müzakirələr həyata keçirilib. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək Azərbaycanda mediasiya sahəsində görülən işlər barədə məlumat verib və görülən işlər, nailiyyətlər barədə fikirlərini bölüşüb. Keçirilən tədbirdə Mediasiya Şurasının İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, mediasiya təlimçisi, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 4 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya təlimçisi Cabbar Həsənov, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və Azərbaycanın Türkiyədəki Ticarət Təmsilcisi danışmanı Aygün Əliyeva iştirak edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.