“Azəristiliktəchizat” evlərə verilən istiliyi kəsdi… “Bir həftədir donuruq” – Şikayət

“Azəristilikdən hara şikayət etmək olar? İnqilab İsmayılov bina 5, mənzil 144 qəti istik yoxdur. Ölürük soyuqdan”.
Şikayətçilər yazır ki, bu hal ötən həftə sonu qar yağan gündən belədir:
“Bir həftədir istilik sistemi tamam dayanıb. Qar yğan günün səhərindən donuruq. Zəng edirik, deyirlər problem yoxdur, işçi göndərərik baxarlar. Gözlədik, göndərmədilər. Növbəti gün yenidən zəng eləmişəm yenidən zəng eləmişəm, deyirlər, su sızıntısı var, ona gorə bağlamışıq. 1 həftədir su sızıntısını həll edə bilmədilər? Deməli, bilərəkdən bağlayıblar”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.