Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azəristiliktəchizat” evlərə verilən istiliyi kəsdi… “Bir həftədir donuruq” – Şikayət

“Azəristiliktəchizat” evlərə verilən istiliyi kəsdi… “Bir həftədir donuruq” – Şikayət

“Azəristiliktəchizat” evlərə verilən istiliyi kəsdi… “Bir həftədir donuruq” – Şikayət
2024-01-23 , 15:42

Son bir həftədir havalar soyuyub, temperatur aşağı düşüb. Mərkəzi istilik sisteminin evlərə verdiyi istiliyi artırması lazım olsa da, əksinə olub. Son bir həftədir “Azəristiliktəchizat” ASC evlərə verilən istiliyi azaldıb. Şikayətçilər yazır ki, son bir həftədir evdə donurlar.

Tribunainfo.az xəbər verir ki, şikayətçi Gülnarə Hüseynovanın sözlərinə görə, İnqilab İsmayılov küçəsində neçə gündür istilik yoxdur:
“Azəristilikdən hara şikayət etmək olar? İnqilab İsmayılov bina 5, mənzil 144 qəti istik yoxdur. Ölürük soyuqdan”.
Şikayətçilər yazır ki, bu hal ötən həftə sonu qar yağan gündən belədir:
“Bir həftədir istilik sistemi tamam dayanıb. Qar yğan günün səhərindən donuruq. Zəng edirik, deyirlər problem yoxdur, işçi göndərərik baxarlar. Gözlədik, göndərmədilər. Növbəti gün yenidən zəng eləmişəm yenidən zəng eləmişəm, deyirlər, su sızıntısı var, ona gorə bağlamışıq. 1 həftədir su sızıntısını həll edə bilmədilər? Deməli, bilərəkdən bağlayıblar”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.