Rəqibləri İlham Əliyevə zəng etdi

Qüdrət Həsənquliyev İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
***
Növbədənkənar prezident seçkilərində namizəd olmuş Zahid Oruc da Prezident İlham Əliyevə zəng edib.
Z.Oruc inamlı qələbə münasibətilə ölkə rəhbərini təbrik edib.
Zahid Oruc bildirib ki, xalqın mütəşəkkil dəstəyi ilə xarakterizə olunan seçkilər, bu mərhələdə qazanılan nəticə ölkəmizin gələcək həyatında çox mühüm rol oynayacaq.