Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rəqibləri İlham Əliyevə zəng etdi

Rəqibləri İlham Əliyevə zəng etdi

Rəqibləri İlham Əliyevə zəng etdi
2024-02-08 , 17:11

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, növbədənkənar prezident seçkilərində namizəd olmuş Qüdrət Həsənquliyev Prezident İlham Əliyevə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat yayıb. 
Qüdrət Həsənquliyev İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
***
Növbədənkənar prezident seçkilərində namizəd olmuş Zahid Oruc da Prezident İlham Əliyevə zəng edib.
Z.Oruc inamlı qələbə münasibətilə ölkə rəhbərini təbrik edib.
Zahid Oruc bildirib ki, xalqın mütəşəkkil dəstəyi ilə xarakterizə olunan seçkilər, bu mərhələdə qazanılan nəticə ölkəmizin gələcək həyatında çox mühüm rol oynayacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.