Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Heydər Əliyev Mərkəzini ziyarət edib

Qonaqlar Mərkəzdə Azərbaycan Respublikasının Ümummil Lideri Heydər Əliyevin həyat və yaradıcıllığı ilə tanış olub, binada yerləşən müxtəlif interaktiv məlumat köşkləri vasitəsilə Mərkəz və burada keçirilən tədbirlər haqqında məlumat alıblar. Türkiyə nümayəndə heyəti eyni zamanda binanın təbii dekorativ ağac və güllərdən ibarət landşaft sahəsi ilə də tanış olublar.