Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Heydər Əliyev Mərkəzini ziyarət edib

Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Heydər Əliyev Mərkəzini ziyarət edib

Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Heydər Əliyev Mərkəzini ziyarət edib
2024-02-05 , 17:42

Ölkəmizdə səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin sədri, Türkiyə Ədliyyə Nazirliyinin Dairə Bakanlığının Arabuluculuk üzrə İdarə Heyətinin üzvü, Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - Hüseyin İlhan Yetişgin, Eda Günday, Saliha Sasa, Hatice İpek, Eda Günday, Serpil Akdeniz Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov ilə birlikdə 2 fevral 2024-cü il tarixində Heydər Əliyev Mərkəzində olublar.


Qonaqlar Mərkəzdə Azərbaycan Respublikasının Ümummil Lideri Heydər Əliyevin həyat və yaradıcıllığı ilə tanış olub, binada yerləşən müxtəlif interaktiv məlumat köşkləri vasitəsilə Mərkəz və burada keçirilən tədbirlər haqqında məlumat alıblar. Türkiyə nümayəndə heyəti eyni zamanda binanın təbii dekorativ ağac və güllərdən ibarət landşaft sahəsi ilə də tanış olublar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.