Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Bakı 9 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub

Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Bakı 9 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub

Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Bakı 9 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub
2024-02-06 , 17:44

Ölkəmizdə səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin sədri, Türkiyə Ədliyyə Nazirliyinin Dairə Bakanlığının Arabuluculuk üzrə İdarə Heyətinin üzvü, Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - Hüseyin İlhan Yetişgin, Eda Günday, Saliha Sasa, Hatice İpek, Eda Günday, Serpil Akdeniz Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov ilə birlikdə Bakı 9 saylı mediasiya təşkilatını ziyarət edib.


Qonaqlar 2 fevral 2024-cü il tarixində isə Bakı 9 saylı mediasiya təşkilatının ofisində olublar. Ofislər ilə tanışlıq zamanı Bakı 9 Saylı Mediasiya Təşkilatının rəhbəri Leyla Nəsibova mediasiya təşkilatının iş prinsipi, fəaliyyət planı, gələcək hədəf və istiqamətləri barədə məlumat verib.

Türkiyə nümayəndə heyəti mediasiya sahəsinin qısa zaman içində əldə etdiyi uğur və qət etdiyi yolun əhəmiyyətini vurğulayıb və mediasiya təşkilatına gələcək fəaliyyətində uğur və yeni nailiyyətlər arzulayıb.

Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibovaya Türk Dünyası Mediatorlar Birliyinin bayrağını təqdim edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.