Türk Dünyası Mediatorlar Birliyinin rəhbər heyəti MÜSİAD Azərbaycanın qonağı olub
Ölkəmizdə səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin sədri, Türkiyə Ədliyyə Nazirliyinin Dairə Bakanlığının Arabuluculuk üzrə İdarə Heyətinin üzvü, Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - Hüseyin İlhan Yetişgin, Eda Günday, Saliha Sasa, Hatice İpek, Eda Günday, Serpil Akdeniz, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və bərabərindəki heyət Müstakil Sanayici ve İşadamları Derneği - MÜSİAD Azərbaycan dərnək Mərkəzimizdə İdarə Heyətinin sədri Rəşad Cabirlini və İdarə Heyəti üzvlərini ziyarət etmişdir.
MÜSİAD Azərbaycan və Mediasiya Şurası olaraq imzalanan MOU-na istinadən iki qurum arasında səmərəli əməkdaşlığın davam etdiyi vurğulanmış, birgə fəaliyyətin gələcək perspektivləri müzakirə olunmuşdur.
Sonda MÜSİAD rəhbərliyi Türk Dünyası Mediatorlar Birliyinin Türk Dünyasına xeyirli, uğurlu olmasını arzu etmişdir.